III Moruq Festivalına start verilib
05 sentyabr 2026 | 12:38
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Keşkü kəndində III Moruq Festivalı başlayıb.
Tədbir yerli istehsalçılar üçün tanıtım imkanı, qonaqlar üçün isə təbiət və kənd həyatı ilə bağlı təcrübə təqdim edir. Proqramda moruq məhsullarının sərgi-satışı, dequstasiya, ustad dərsləri və əyləncə tədbirləri var.
Festival Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, “AzerGold” QSC, Aqrar İnnovasiya Mərkəzi, Dövlət Reklam Agentliyi, Gəncə-Daşkəsən regional idarələr, KOBİA-nın Gəncə-Qazax Regional koordinatorluğu və digər tərəfdaşların dəstəyi ilə təşkil olunub.












