Şriftin ölçüsü :

Saytın rəngi :

İdman ictimaiyyətinin nümayəndələri ilə görüş olub

26 dekabr 2025 | 11:59
Göygöl Gənclər Evində Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda fəaliyyət göstərən idman klublarının, idman bölmələrinin rəhbərlərinin, məşqçi və idmançıların iştirakı ilə görüş keçirilib.
Tanışlıq xarakteri daşıyan görüşdə çıxış edən RİH-nin başçısı cəmiyyətimizin ayrılmaz hissəsi olan idmana dövlət qayğısından söz açıb. Ölkəmizdə idman siyasətinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib, Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişləri ilə ölkədə idman infrastrukturunun yenilənməsi istiqamətində görülən işlərdən danışıb.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi çıxışında idman və bədən tərbiyəsinin inkişafı və kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində idmanın da əhəmiyyətini vurğulayıb.  
Göygöl rayonu üzrə Gənclər və İdman sektorunun müdiri isə çıxışında rayonun idman göstəriciləri barədə məlumat verib, idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı nəticələrdən danışıb.
Göygöl Olimpiya İdman Kompleksinin direktoru Tural Həsənov, rayon UGİŞM-in direktor əvəzi Neyməddin Rəsulov, Aşihara karate klubunun rəhbəri Cavid Əsgərov, “İrəvan” İdman Klubunun direktoru Fəxri Cəfərov, “Sensey” İdman Klubunun direktoru Anar Məmmədov və “Wolf Fightis” İdman Klubunun rəhbəri Əjdər Alıyev çıxış edərək uğurlu nəticələrin əldə olunmasında idmançıların fiziki sağlam və psixoloji dayanıqlı olmalarının əhəmiyyətini vurğulayıblar. Göygöldə idman mühitinin qorunub-saxlanılmasına göstərilən hərtərəfli dəstəyə görə dövlət başçımıza minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə il ərzində uğurlu nəticələri ilə fərqlənən idmançılara təşəkkürnamələr təqdim olunub, kollektiv foto çəkilib.
Keçidlər