İcra Hakimiyyətinin başçısı qəzalı körpüyə baxış keçirdi
04 may 2026 | 12:28
Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “24 №-li Yol İstismarı” MMC-nin balansında olan, strateji əhəmiyyətə malik beş yaşayış məntəqəsini və ümumi 5 min nəfər əhalini rayon mərkəzi ilə birləşdirən Yeni Zod–Çaykənd–Qarabulaq–Quşçu–Sarısu avtomobil yolunun 4-cü kilometrliyində, 1960-cı illərdə inşa olunmuş körpünün texniki vəziyyəti ilə bağlı yerində baxış keçirilib. Aparılmış qiymətləndirmə zamanı körpüdə ciddi aşınma və zədələnmələr aşkar olunub, mövcud vəziyyətin nəqliyyatın təhlükəsiz hərəkəti üçün risk yaratdığı müəyyən edilib
RİHB-si tərəfindən aidiyyəti qurumlara təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib, eyni zamanda məsələ ilə bağlı FHN-nə və digər aidiyyəti qurumlara rəsmi müraciət ünvanlanıb. Məsələ nəzarətə götürülüb.












