Heyvandarlıq kompleksi ilə tanışlıq
12 avqust 2026 | 14:57
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov aidiyyəti qurumların əməkdaşları ilə birlikdə rayonun Haçaqaya kəndi ərazisində yeni yaradılmış, fermer Ramil Məhəmmədiyə məxsus “Gəncə-Agro 2023” MMC-nin heyvandarlıq kompleksi ilə tanış olub.
Tanışlıq məqsədilə təşkil olunmuş ziyarət zamanı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin aqrar sahənin inkişafına, fermerlərə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıq ifadə edilərək, yaradılan əlverişli şəraitin kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artırılmasına və yeni iş yerlərinin açılmasına mühüm töhfə verdiyi bildirib.
Məlumat verilib ki, kompleksdə 500 baş iribuynuzlu mal-qara üçün nəzərdə tutulmuş müasir ferma binası və yardımçı tikililər mövcuddur. Bildirilib ki, Macarıstandan 197 baş Holstein-Friz cinsindən olan damazlıq düyə gətirilib, bir müddət sonra həmin cinsdən olan heyvanların sayı 500 başa çatdırılması nəzərdə tutulub. Həmçinin qeyd olunub ki, ilkin mərhələdə kompleksdə hazırda 10 nəfər daimi işlə təmin edilib.












