Heydər Əliyev - xalqın qəlbində yaşayan Lider
10 may 2026 | 11:46
Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. Bununla əlaqədar Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək xatirəsi hörmət və minnətdarlıqla anılıb.
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ziyarətdə RİH-nin başçısı, YAP rayon təşkilatının sədri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Xalqına və dövlətinə misilsiz xidmətləri ilə yaddaşlarda əbədi iz qoymuş dahi şəxsiyyətin zəngin siyasi irsi bu gün də dövlətimizin inkişaf yoluna işıq saçır. Ulu Öndərin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.












