Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıməlik qəsəbəsində növbəti səyyar qəbul keçirilib

15 may 2026 | 15:14
        Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Hacıməlik qəsəbəsində vətəndaşlarla növbəti səyyar görüş keçirib. Görüşdən əvvəl qəsəbədə yerləşən şəhidlərin xatirə abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək onların xatirəsi ehtiramla yad edilib.
        Qəbulda rayon prokuroru, rayon polis şöbəsinin rəisi, icra hakimiyyətinin məsul əməkdaşları, ərazi nümayəndəsi, bələdiyyə sədri və müxtəlif xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
        Səyyar qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətraflı müzakirə olunub. Qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, bəzi müraciətlər isə nəzarətə götürülüb.
        Görüşdə iştirak edən vətəndaşlar göstərilən diqqətə görə təşəkkürlərini ifadə ediblər.
Keçidlər