Haçaqaya kəndində səyyar qəbul keçirilib
10 mart 2026 | 16:30
Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul qrafikinə uyğun olaraq Haçaqaya kəndində sakinlərlə görüş keçirib. Görüşdə Rayon Polis Şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Səyyar qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bəzi müraciətlərin icrası isə nəzarətə götürülüb.












