Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə uşaqların bayram şənliyi

01 iyun 2026 | 17:51
        “Şəhərsalma və Memarlıq ili” çərçivəsində  1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Hər uşaq bir çiçəkdir” mövzusunda Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib. Heydər Əliyev parkında təşkil olunan tədbirdə RİH-nin başçısı, YAP rayon təşkilatının sədri,   şəhid və qazi övladları,  ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin, həmçinin musiqi məktəblərinin şagirdləri iştirak ediblər.
        Tədbirdə çıxış edən RİHB-sı Vüqar Novruzov uşaqların cəmiyyətin ən dəyərli sərvəti, ölkəmizin gələcəyi olduğunu vurğulayaraq onların hüquqlarının qorunmasının, sağlam, savadlı və vətənpərvər ruhda yetişdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Həmçinin bildirilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan uşaqlara dövlət qayğısı siyasəti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr uşaqların təhsili, sağlamlığı və hərtərəfli inkişafına mühüm töhfələr verir.
        Şənlikdə Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarına xüsusi diqqət göstərilib, onlara bayram hədiyyələri təqdim olunub.
        Bayram proqramı çərçivəsində uşaqların ifasında musiqi və rəqs nömrələri təqdim olunub, gənc idmançılar tərəfindən nümunəvi idman çıxışları nümayiş etdirilib.
        Sonda uşaqlarla xatirə şəkilləri çəkdirilib.
Keçidlər