Göygöldə sakinlərlə növbəti görüş keçirildi
18 mart 2026 | 15:47
Göygöl Rayon İcra Hakimiyyətində vətəndaşlarla növbəti qəbul təşkil olunub. Görüş zamanı sakinlərin müxtəlif sahələr üzrə müraciətləri diqqətlə dinlənilib, bütün müraciətlər rəsmi qaydada qeydə alınaraq nəzarətə götürülüb və həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbulda iştirak edən vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.












