Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə gənclər düşərgəsi keçirilib

25 mart 2026 | 12:43

         Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Göygöl Olimpiya İdman Kompleksində Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbələri üçün “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib.

        Proqram çərçivəsində 3 gün ərzində gənclər üçün müxtəlif hərbi təlimlər, “Məclisi-Üns” mədəni proqram, “Kahoot” intellektual oyunu keçirilib, voleybol və futbol yarışları təşkil olunub. Düşərgə iştirakçıları komandalara bölünərək mübarizə aparıblar.

      Düşərgənin açılış mərasimində Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun baş məsləhətçisi Coşqun Hidayətov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi Elşən Hüseynov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ceyhun Hümbətov iştirak ediblər.

Keçidlər