Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə Festival keçirilir

24 iyul 2026 | 15:59
        Bu gün Göygöl rayonu Yeni Zod kəndinin ərazisində yerləşən “Xan Yurdu” entoqəsəbəsində “V Milli Yaylaq Festivalı”na start verilib.   
        Festival Göygöl Rayon İcra Hakimiyyətinin, eləcə də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin, Dünya Etnoidman Konfederasiyası və digər tərəfdaş qurumların dəstəyi ilə “Cavad Xan” Tarix və Mədəniyyət Fondu və “KAP.AZ” MMC-nin birgə təşəbbüsü ilə keçirilir.
         “Xan Yurdu” entoqəsəbədə  “Xan Çadırı”nda Xalçaçılıq sənətinin sərgisi, “Sənətkarlıq guşəsi”, Milli idman növləri (oxatma, atçılıq, zorxana və s.), Etnospor-Oxatma məşqləri, Uşaqlar üçün guşə, Konsert proqramı, Aşıq musiqisi, folklor, tamaşalar, Yorğa atların sərgisi, Kəndirbazların və Alov püskürənlərin nümayişi, “Yaylaq süfrəsi” və digər tematik sahələr təşkil olunub.
        Üç gün davam edəcək Festivalda Türk və bir sıra xarici dövlətlərin iştirakı nəzərdə tutulur.
        Hər kəsi Festivalda iştirak etməyə dəvət edirik.
Keçidlər