Göygöldə abadlıq işləri davam etdirilir
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Bakı Abadlıq Xidməti” MMC tərəfindən Göygöl rayonunda abadlıq və təmir-bərpa işləri davam etdirilir. Evlərin fasadları rənglənir, dam örtükləri əsaslı təmir olunur. Həyətyanı sahələr abadlaşdırılır, bordür və tamet daşları yenilənir, yaşıllıq zonalarında sanitar-təmizlik işləri aparılır.
Layihə Göygöldə sakinlərin rahatlığının artırılması, ərazinin estetik görünüşünün yaxşılaşdırılması və turizm potensialını inkişaf etdirilməsi məqsədi daşıyır.
Bu cür layihələr regionların davamlı inkişafına töhfə verməklə yanaşı, ölkəmizin ümumi şəhərsalma siyasətinin uğurla həyata keçirildiyini də nümayiş etdirir. Göygöldə həyata keçirilən abadlıq işləri bunun bariz nümunəsidir.












