Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Şərab Zavodu ilə tanışlıq

17 fevral 2026 | 17:23

          160 illik zəngin tarixə malik olan “Göygöl Şərab Zavodu” ASC-nin direktoru Rauf Hacıyev Rayon İcra Hakimiyyətinin başçısına müəssisənin mövcud imkanları və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Şərab Zavodu Azərbaycanın ən qədim şərab və içkilər istehsal edən müəssisəsidir. Burada istehsal olunan məhsullar ənənəvi və qədim klassik reseptura və müasir texnologiyaların vəhdətindən yaranan yüksək keyfiyyətə malikdir.

          Zavodun üzüm bağlarında 17 növ üzüm sortu yetişdirilir. İstehsal olunan məhsullar beynəlxalq tədbirlərdə müxtəlif medallar və fəxri diplomlarla təltif olunmaqla bərabər dünyanın bir çox ölkələrinə ixrac olunur.

Keçidlər