Göygöl şəhərində işıqlandırma sisteminə texniki xidmət göstərilir
21 noyabr 2026 | 11:08
Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsi və şəhər infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Bu çərçivədə Göygöl şəhərinin küçə və prospektlərində mövcud işıqlandırma sisteminə mütəmadi texniki baxış keçirilir, yaranmış nasazlıqlar aradan qaldırılır, yanmayan işıqlandırma lampaları, zədələnmiş kabellər və istismar müddətini başa vurmuş digər avadanlıqlar yeniləri ilə əvəz olunur.
Görülən işlər küçələrin gecə saatlarında işıqlandırılmasının yaxşılaşdırılmasına, sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsinə, eləcə də vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.












