Göygöl RİH yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
30 iyul 2026 | 16:14
Vüqar Novruzov İctimai Şuraya seçilmiş üzvlərlə görüşüb. Görüş zamanı icra başçısı Şuranın RİH-nin fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsi, müvafiq qərarların qəbulu zamanı ictimai rəy və vətəndaş maraqlarının nəzərə alınması, eləcə də RİH ilə ictimaiyyət arasında qarşılıqlı əməkdaşlığın daha da inkişafına xidmət edəcəyini vurğulayıb.
Şura üzvləri Göygöl RİH-nin fəaliyyətinin bütün sahələrində yaxından iştiraklarının və “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq fəaliyyət göstərəcəklərini və üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.
İctimai Şura üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.
Qeyd edək ki, RİH yanında İctimai Şuraya seçkilər 12 iyun 2026-cı il tarixdə keçirilib.












