Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda yeniyetmə voleybolçularla görüş keçirilib

13 aprel 2026 | 10:55

Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və klub nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə gənc idmançıların məşq prosesi izlənilib, onların hazırlıq səviyyəsi ilə tanış olunub.

Görüş zamanı regionda voleybolun inkişafı, gələcək planlar və imkanlar müzakirə edilərək valideynlərə təşəkkür bildirilib, gənc voleybolçulara isə daha intizamlı və əzmli olmaları tövsiyə olunub.
Şahin Bağırov perspektivli idmançıların “Gəncə” klubuna cəlb olunmasının vacibliyini vurğulayaraq regionlarda voleybolun inkişafının prioritet olduğunu qeyd edib. Həmçinin idmançıları avqustda Bakıda keçiriləcək qadın voleybolçuları arasında Avropa çempionatının oyunlarını izləməyə və milli komandamıza dəstək olmağa dəvət edib.
Sonda xatirə fotosu çəkdirilib.
Keçidlər