Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda xalça sərgisi təşkil olunub

08 oktyabr 2025 | 17:24

Göygöl Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və AF Qədim Xalça Evinin birgə təşkilatçılığı ilə Göygöl şəhəri “Lüteran” alman kilsəsində təşkil olunmuş xalça sərgisində Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, AMEA-nın Gəncə bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşları, qonaqlar və rayon ictimaiyyəti  iştirak ediblər. Ziyarətçilər qədim xalçaçılıq sənətimizin nadir nümunələri ilə tanış olublar və yekunda rayon uşaq musiqi məktəblərinin nümunəvi çıxışları təqdim olunub.

Keçidlər