Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda təşkil olunmuş V Milli Yaylaq Festivalı uğurla başa çatdı

27 iyul 2026 | 17:06
        Göygöl rayonunun “Xan yurdu” etnoqəsəbəsində keçirilən V Milli Yaylaq Festivalının üçüncü günündə  də proqrama uyğun olaraq yorğa atların sərgi-nümayişi, kəmər güləşi yarışması, zorxana nümayişi (ulduz səhnə), kəndirbazların, alov püskürənlərin nümayişi, nərd yarışı, masa güləşi, Etnospor-Oxatma məşqləri, Uşaqlar üçün guşə, Konsert proqramı, Aşıq musiqisi, folklor, tamaşalar təşkil olunmuşdur. Eyni zamanda üç gün ərzində qəsəbədə yaşayış yurdları (alaçıqlar), “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Yaylaq süfrəsi” və digər bir çox tematik sahələrə yer verilmişdir.
        Yekunda  V Milli Yaylaq Festivalının bağlanış mərasimi keçirilmiş, tədbirdə respublikanın, həmçinin türkdilli dövlətlərinin musiqiçiləri rəngarəng musiqi nömrələri ilə çıxış etmişlər.
        Qeyd edək ki, genişmiqyaslı el şənliyi formatında keçirilən Festivalda üç gün ərzində 20-dən çox  xarici dövlətdən 200 qonaq və 10 minlərlə ölkə vətəndaşı iştirak etmişdir.
Keçidlər