Göygöl rayonunda kənd sakinləri ilə görüşlər davam edir
05 noyabr 2026 | 15:27
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Göyçəkənd, Bənövşəli və Toğanalı kəndlərində sakinlərlə görüş keçirib.
Görüşlərin əsas məqsədi vətəndaş müraciətlərinin yerində dinlənilməsi, sakinləri narahat edən məsələlərin araşdırılması və mövcud problemlərin operativ həllinə nail olmaqdır.
Sakinlər tərəfindən qaldırılan içməli su təminatının yaxşılaşdırılması, kənddaxili avtomobil yollarının təmiri, qəzalı elektrik dirəklərinin yeniləri ilə əvəz olunması, marşrut xəttinin açılması və digər məsələlər müzakirə edilib. Bir sıra müraciətlər yerində həllini tapıb, digər məsələlərin həlli nəzarətə götürülərək aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident cənab İlham Əliyevə və dövlətimizə minnətdarlıqlarını bildiriblər.












