Göygöl rayonunda “III Moruq Festivalı” keçirilir
06 sentyabr 2026 | 13:52
Tədbir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, aidiyyəti dövlət qurumları və özəl strukturların tərəfdaşlığı ilə təşkil olunub. Festival yerli icmalar üçün biznes və tanıtım imkanları, qonaqlar üçün isə təbiət və kənd həyatı ilə bağlı zəngin təcrübə təqdim edir.
Festival kənd təsərrüfatının prioritet sahə olduğunu, dövlət dəstəyinin bu sahənin davamlı inkişafına şərait yaratdığını, həmçinin tədbirin həm aqrar, həm də turizm istiqamətində mühüm əhəmiyyət daşıdığını nümayiş etdirir. Belə tədbirlər yerli istehsalçıların məhsullarının tanıdılması, yeni bazarlara çıxış və sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Festival çərçivəsində rəngarəng mədəni-əyləncə proqramı təqdim olunur.












