Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda əlilliyi olan qadınlar üçün dəyirmi masa təşkil olunub

02 sentyabr 2025 | 13:33
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində tədbirlər davam etdirilir. Göygöl rayon Gənclər Evində əlilliyi olan qadın və qızların problemlərinə həsr olunmuş dəyirmi masada qadın və qızların hüquqlarının müdafiəsi, ictimai yerlərdə münasibət və davranış problemləri, sosial dəstək imkanları və zorakılığın qarşısının alınması mövzuları müzakirə edilib. Əsas məqsəd əlilliyi olan qadınların və qızların icmalar tərəfindən dəstəklənməsinin vacibliyini vurğulamaq, diskriminasiyanın aradan qaldırılması yollarını müzakirə etmək olub.
Dəyirmi masada Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova bələdiyyə nümayəndələri, məşğulluq xidməti, səhiyyə əməkdaşları, sosial xidmət orqanları, təhsil müəssisələrinin nümayəndələri, eləcə də QHT və icma üzvləri iştirak ediblər.
Tədbir zamanı müxtəlif təqdimatlar edilib, müzakirələr aparılıb, yeni dəstək qruplarının yaradılması, icmalararası şəbəkələşmənin gücləndirilməsi və sosial həmrəyliyin artırılması istiqamətində təkliflər səsləndirilib.
Keçidlər