Göygöl rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd olunub
23 iyun 2025 | 15:54
Bu gün, 23 iyun – Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür. Bu tarix hər il dövlət qulluqçularının peşəsini təntənəli şəkildə qeyd etmək məqsədilə təyin olunub. Bayramın təsis edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə həyata keçirilib. Bayramın seçilməsi təsadüfi deyil. BMT Baş Məclisi tərəfindən 23 iyun tarixi Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilib və bu, dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu vurğulamaq məqsədini daşıyır. Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Bu günün qeyd olunması dövlət qulluqçularının cəmiyyətdəki əhəmiyyətini vurğulamaq və onların peşə fəaliyyətini dəyərləndirmək məqsədini güdür. Dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılıb. Onların fəaliyyətləri ölkənin inkişafında və vətəndaşların rifahının təmin edilməsində mühüm rol oynayır.
23 iyun – Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və İHBA əməkdaşları iştirak ediblər.
23 iyun – Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə bütün dövlət qulluqçularını təbrik edir, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.












