Göygöl rayonunda 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş sənətkarların sərgisi keçirilib
17 oktyabr 2025 | 16:29
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə “Azərbaycan – ruhumuzun əsəri” adlı sənətkarların sərgisi keçirilib. Sərgidə Respublika və Beynəlxalq sərgilərin laureatlarının, yerli rəssamların, ustad sənətkarların və tətbiqi sənət nümayəndələrinin əsərləri təqdim olunub. Ekspozisiyada milli dəyərlərimizi, tariximizi və müstəqillik ruhunu əks etdirən rəsm, əl işləri və dekorativ sənət nümunələri nümayiş olunub. Sərgi, milli-mədəni irsimizin təbliği və sənət vasitəsilə azadlıq ruhunun ifadəsi baxımından böyük maraqla qarşılanıb.
Sərginin açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, ADRA Gəncə Regional Reklam İdarəsinin rəisi Ramin Kazımov, rayon mədəniyyət müəssisələrinin kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.












