Göygöl rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti təşkil olunub
15 iyun 2025 | 14:20
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yay kinoteatrında” baş tutmuş konsertdə Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, rayon ictimaiyyəti və qonaqlar iştirak ediblər.
Konsertdə yerli mədəniyyət müəssisələrinin istedadlı musiqiçilərinin və musiqi məktəblərinin şagirdlərinin ifasında vətənpərvər musiqilər təqdim olunub.












