Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonu Çaylı kəndində “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı vətənpərvərlik mövzusunda tədbir keçirilib

30 oktyabr 2025 | 15:55
2025-ci il “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr-Zəfər Gününün 5-ci ildönümü münasibətilə Göygöl rayonunun Çaylı kənd Mədəniyyət evində “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı vətənpərvərlik mövzusunda keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və qazilər, Göygöl RİHB Çaylı, Pənahlılar və Dozular kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədri, gənclər və məktəblilər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra ümummilli lideri Heydər Əliyevin və qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirin əsas məqsədi 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıqları gənc nəslə çatdırmaq, şagirdlərdə vətənə məhəbbət, dövlətə sədaqət və milli qürur hissini daha da gücləndirmək idi.
Görüşdə iştirak edən Vətən müharibəsi qəhrəmanları öz döyüş xatirələrini, azadlıq uğrunda keçdikləri şərəfli yolu şagirdlərlə bölüşdülər. Onlar gənclərə vətənə sevgi, cəsarət və birlik çağırışları ilə çıxış ediblər. Şagirdlər isə öz növbəsində qəhrəmanlarımız üçün hazırladıqları ədəbi-bədii kompozisiyalar, şeirlər və mahnılarla çıxış edərək, onlara olan dərin ehtiram və minnətdarlıqlarını ifadə etdilər.
Tədbir zamanı Zəfər Gününün tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun qüdrəti və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Qələbə xüsusi vurğulanıb.
Sonda “44 günlük Zəfər tarixi” adlı videoçarx nümayiş olunub.
Keçidlər