Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon ümumtəhsil məktəblərində "15 sentyabr-Bilik Günü" münasibəti ilə tədbir təşkil olunub

15 sentyabr 2025 | 12:59
Yeni dərs ili yalnız məktəblərin açılması ilə məhdudlaşmır, həmçinin gələcəyimizin möhkəm təməlini qoyan əhəmiyyətli mərhələdir. Təhsil millətin inkişafının əsas dayağı, cəmiyyətin tərəqqisinin isə fundamental təməlidir. Bu baxımdan, müəllimlərin fədakar əməyinin, şagirdlərin səylərinin və valideynlərin davamlı dəstəyinin rolu xüsusi önəm daşıyır.
Hər il olduğu kimi, bu il də “15 sentyabr – Bilik Günü” ölkəmizin bütün regionlarında, o cümlədən Göygöl rayonunda böyük coşqu və ümidlərlə qeyd olunub. Göygöl Rayon İcra Hakimiyyəti və Təhsil sektorunun əməkdaşları təhsil müəssisələrində olaraq, yeni tədris ilinin başlanması və “Bilik Günü” münasibətilə müəllimləri və şagirdləri təbrik etmiş, rayonda təhsilə göstərilən yüksək dövlət qayğısından və sahədə həyata keçirilən islahatlardan bəhs etmişlər.
Hörmətli müəllimlər və dəyərli şagirdlər, yeni dərs iliniz mübarək olsun!
Keçidlər