Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon Məhkəməsi tərəfindən “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

06 noyabr 2025 | 17:15
“Konstitusiya və Suverenlik İli” çərçivəsində ekoloji mühitin qorunması və yaşıllıqların artırılması məqsədilə Göygöl Rayon Məhkəməsi tərəfindən ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Göygöl Rayon Məhkəməsinin sədri Rəşad Mustafayev, hakim Leyla Hüseynzadə və məhkəmənin əməkdaşları iştirak ediblər.
Tədbir zamanı müxtəlif növ ağac və bəzək kolları əkilib, ətraf ərazilərdə abadlıq və təmizlik işləri aparılıb.
Aksiyanın məqsədi ətraf mühitin mühafizəsinə töhfə vermək, həmçinin vətəndaşlarda təbiətə qayğı və ekoloji mədəniyyət hissini daha da gücləndirmək olub. Sonda iştirakçılar belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd ediblər.
Keçidlər