Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı vətənpərvərlik mövzusunda görüşlər davam edir

03 noyabr 2025 | 19:40
2025-ci il “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr-Zəfər Gününün 5-ci ildönümü münasibətilə Göygöl şəhəri ümumtəhsil məktəblərində “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı vətənpərvərlik mövzusunda keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin əməkdaşları, Göygöl rayon Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin üzvləri, təhsil işçiləri və məktəblilər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Görüşdə iştirak edən Vətən müharibəsi qəhrəmanları öz döyüş xatirələrini, azadlıq uğrunda keçdikləri şərəfli yolu şagirdlərlə bölüşdülər. Onlar gənclərə vətənə sevgi, cəsarət və birlik çağırışları ilə çıxış ediblər. Şagirdlər isə öz növbəsində qəhrəmanlarımız üçün hazırladıqları ədəbi-bədii kompozisiyalar, şeirlər və mahnılarla çıxış edərək, onlara olan dərin ehtiram və minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər