Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası təşkil olunub

07 noyabr 2025 | 18:20

“Konstitusiya və Suverenlik İli” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Şanlı Zəfərimizin 5-ci ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib. Göygöl rayon ərazisində keçirilən ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Rayon İHBA-nın əməkdaşları, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Ağacəkmə aksiyasında ümumilikdə 3000-dən çox ağac əkilib.

Keçidlər