Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyəti yanında ictimai şuraya seçki keçirilib

12 iyun 2026 | 15:27
        Azərbaycan Respublikasının Nazirlər Kabineti  2014-cü il 30 may tarixli, 171 nömrəli qərarı ilə “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.3-cü bəndini əsas tutaraq, Göygöl Rayon İcra Hakimiyyəti başçısının 23 aprel 2026-cı il tarixli 71 nömrəli Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərəcək ictimai şuraya seçkinin təşkili məqsədilə komissiya yaradılıb. Komissiya tərəfindən 30.04.2026-cı il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində ictimai şuranın fəaliyyətində iştirak etmək istəyənlərin namizədliyinin qeydiyyata alınması haqqında elan yerləşdirilib. İctimai şuraya seçiləcək 13 üzvə qarşı vətəndaş cəmiyyəti institutlarının 21 nümayəndəsi namizəd kimi qeydiyyata alınmışdır.
        Keçirilən seçkidə vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 63 təmsilçi iştirak edib. Seçkilərin şəffaflığını təmin etmək məqsədi ilə seçki qutusu qoyulub, səsvermə kabinələri quraşdırılıb.
        Səsvermə prosesi bitəndən sonra yığıncaq iştirakçılarının müşahidəsi ilə seçki komissiyasının üzvləri tərəfindən seçki qutusu açılıb, seçki bülletenləri sayılıb. Yekunda protokol tərtib olunmuş, seçkidə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər Göygöl Rayon İcra Hakimiyyəti yanında ictimai şuranın tərkibinə seçilib.
Keçidlər