Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon Aşıq Şəmşir adına uşaq musiqi məktəbinə yeni royal təqdim olunub

08 oktyabr 2026 | 16:24
       Bu münasibətlə keçirilən təqdimat mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Gəncə-Daşkəsən Regional Mədəniyyət idarəsinin Göygöl rayon üzrə nümayəndəsi Vüsal  Rzayev, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi, məktəbin kollektivi və şagirdlər iştirak ediblər.
       Tədbirdə çıxış edənlər Almaniya istehsalı olan “Steinhoff” markalı yeni musiqi alətinin məktəbin maddi-texniki imkanlarının genişləndirilməsi, şagirdlərin musiqi təhsilinin və yaradıcılıq bacarıqlarının inkişafı baxımından əhəmiyyətini qeyd ediblər. Yeni royalın məktəbin istedadlı şagirdlərinin yaradıcılıq imkanlarının daha da genişlənməsinə və musiqi təhsilinin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyi vurğulanıb.
       “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən məktəbə hədiyyə edilmiş yeni royalda şagird musiqi əsəri ifa etmişdir.
Keçidlər