Göygöl məktəblərində məzun sevinci yaşanıb
13 iyun 2026 | 13:30
Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi, 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə 13 iyun 2026-cı il tarixində Göygöl rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib.
Tədbirlərdə Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayon üzrə təhsil sektorunun məsul əməkdaşları, təhsil işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər məzunları “Son zəng” münasibətilə təbrik edərək onların həyatında yeni və məsuliyyətli mərhələnin başlandığını bildiriblər. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən uğurlu islahatlardan, əldə olunan nailiyyətlərdən bəhs olunub, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı vurğulanıb. Həmçinin gənclərin müasir bilik və bacarıqlara yiyələnməsinin, vətənpərvər ruhda formalaşmasının əhəmiyyəti qeyd edilib.
Tədbirlər bədii hissə və məzunların çıxışları ilə davam edib.
Sonda məzunlara gələcək təhsil və əmək fəaliyyətlərində uğurlar arzulanıb.
Bütün məzunları “Son zəng” münasibətilə təbrik edir, onlara gələcək həyatlarında yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayırıq.












