Göygöl məktəblərində “Bilik Günü”
15 sentyabr 2026 | 11:38
Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Göygöl rayonunun ümumtəhsil məktəblərində də 15 sentyabr 2026-cı il tarixdə “Bilik Günü” qeyd edilib.
Keçirilən tədbirlərdə RİHB-nın müavinləri və məsul əməkdaşları, Regional Təhsil İdarəsinin Göygöl rayon təhsil sektorunun məsul əməkdaşları, təhsil işçiləri, müəllimlər, valideynlər iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsindən sonra, çıxış edənlər ölkəmizdə təhsil sahəsində aparılan uğurlu islahatlardan, inkişafdan söhbət açaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğıdan danışıblar. Ötən tədris ilinin Göygöl rayonu üçün uğurlu olduğu diqqətə çatdırılıb. Həmçinin Bilik Günü münasibətilə müəllimləri, valideynləri, məktəbliləri təbrik edib, onlara uğurlar arzulayıblar.












