Göygöl Dövlət Arxivinə yeni müdir təyin olunub
23 fevral 2026 | 17:06
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovun müvafiq əmri ilə Hüseyn Hamlet oğlu Məhərrəmli Göygöl rayon Dövlət Arxivinin müdiri vəzifəsinə təyin olunub. Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov yeni təyin olunmuş müdirlə görüşüb, müvafiq tövsiyələrini verərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.












