Şriftin ölçüsü :

Saytın rəngi :

Göyçəkənd kəndində səyyar qəbul keçirilib

19 avqust 2026 | 16:35
        Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Göyçəkənd kəndində sakinlərlə səyyar qəbul keçirib. Görüşdən əvvəl kənddə yerləşən şəhidlərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi anılıb.
        Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
        Görüş zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib, onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
        Qəbulda iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər