Şriftin ölçüsü :

Saytın rəngi :

Gender bərabərliyi mövzusunda tədbir keçirilib

20 aprel 2026 | 17:30
       Bələdiyyələrdə gender bərabərliyi siyasətinin effektiv tətbiqi və bu istiqamətdə yerli idarəetmənin rolunun gücləndirilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bələdiyyələrdə gender bərabərliyi siyasətinin həyata keçirilməsi” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə RİHB-nın müavini, bələdiyyə sədrləri və üzvləri iştirak edib.
       Çıxışlarda gender bərabərliyinin cəmiyyətin davamlı inkişafında mühüm rol oynadığı vurğulanıb, bu sahədə dövlət siyasətinin əsas prioritetləri diqqətə çatdırılıb. Bildirilib ki, bələdiyyələr yerli səviyyədə qərarların qəbulunda qadın və kişilərin bərabər iştirakını təmin etməli, gender həssas yanaşmanı fəaliyyətlərinin bütün istiqamətlərində nəzərə almalıdırlar.
       İştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, mövcud problemlər və həlli yolları barədə danışılmış, gender bərabərliyinin təşviqi istiqamətində maarifləndirmə işinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
       İştirakçıların sualları cavablandırılıb, videoçarx təqdim olunub.
Keçidlər