Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər peşə təhsilinin imkanları ilə yaxından tanış oldular

19 may 2026 | 12:53
        Göygöl Peşə Məktəbində təşkil olunan “Açıq qapı” günü tədbiri yüksək əhval-ruhiyyə və geniş iştirakçılıq şəraitində baş tutub. Tədbirdə məktəbin müəllim və tələbə heyəti ilə yanaşı, Rayon İcra Hakimiyyətinin və digər qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak edib.
        Tədbir çərçivəsində məktəbdə tədris olunan ixtisaslar, tələbələrin hazırladıqları əl işləri, layihələr və əldə etdikləri nailiyyətlər nümayiş etdirilib. Qonaqlar sərgilərlə yaxından tanış olaraq tələbələrin peşə bacarıqlarını və yaradıcılıq potensialını yüksək qiymətləndiriblər.
        Çıxış edənlər ölkədə peşə təhsilinə göstərilən dövlət qayğısını vurğulayaraq gənclərin müasir peşələrə yiyələnməsinin vacibliyini qeyd ediblər.
        Canlı musiqi ifaları, rəqs təqdimatları və uğurlu məzunların çıxışları tədbirə xüsusi rəng qatıb və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
        “Açıq qapı” günü gənclərin peşə təhsilinə marağının artırılması və onların düzgün ixtisas seçiminə dəstək baxımından mühüm əhəmiyyət kəsb edib.
Keçidlər