Gəncə kəndində səyyar görüş keçirilib
21 sentyabr 2026 | 16:50
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Gəncə kəndində növbəti səyyar görüşü keçirib.
Səyyar qəbulda RPŞ-nin rəisi, İH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və müxtəlif xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı sakinlərin müxtəlif mövzular üzrə müraciətləri diqqətlə dinlənilib. Qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq göstərişlər verilib, bəzi məsələlər isə icrası üçün nəzarətə götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.












