Futbol klubunun rəhbərliyi ilə görüş
09 yanvar 2026 | 17:27
Rayon İcra Hakimiyyətinin başçısı “Göygöl” Futbol Klubunun rəhbərliyi ilə görüş keçirilib.
Görüşdə ölkədə idmanın, eləcə də futbolun inkişafına dövlət dəstəyindən söz açılıb. Əsası 2022-ci ildə RİH və həvəskar futbolçular tərəfindən qoyulan “Göygöl” Futbol Klubu komandasının son üç ildəki fəaliyyətindən danışılıb.
II liqada çıxış edən futbol klubunun inkişaf strategiyası barədə məlumat verilib. Baza olaraq Göygöl Olimpiya İdman Kompleksindən istifadə edən komandanın ilkin mərhələdəki hədəfinin I liqaya yüksəlmək olduğu vurğulanıb.
“Göygöl” Futbol Klubu uşaq və qadın futboluna dəstək, gənc potensialların peşəkar idmana cəlb edilməsi, əhali arasında sağlam həyat tərzini aşılamaq, regionda futbolun inkişafı və effektiv ianə sisteminin formalaşdırılması kimi hədəflər müəyyən edib.












