Firuzabad qəsəbəsində səyyar qəbul keçirilib
19 mart 2026 | 11:28
Rayon İcra Hakimiyyətinin başçısı təsdiqlənmiş səyyar qəbul qrafikinə uyğun olaraq Firuzabad qəsəbəsində sakinlərlə görüş təşkil edib. Görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, YAP rayon təşkilatının sədri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, inzibati ərazi üzrə nümayəndəlik və bələdiyyə üzvləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərin araşdırılması və həlli üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin icrası nəzarətə götürülüb.












