Festivala hazırlıq işləri müzakirə olunub
06 avqust 2026 | 12:02
05–06 sentyabr 2026-cı il tarixlərində Göygöldə keçiriləcək III Moruq Festivalı ilə əlaqədar hazırlıq işlərinə həsr olunmuş iclas keçirilib. İclasda Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aidiyyəti dövlət qurumlarının, xidmət sahələrinin və digər təşkilatların rəhbərləri, eləcə də məsul əməkdaşları iştirak ediblər.
Toplantıda festivalın yüksək səviyyədə təşkili məqsədilə görüləcək işlər, tədbirin proqramı, iştirakçıların və qonaqların qarşılanması, təhlükəsizlik tədbirlərinin təşkili, nəqliyyatın hərəkətinin tənzimlənməsi, sanitariya-gigiyena qaydalarına əməl olunması, ərazinin abadlaşdırılması, ticarət və sərgi zonalarının yaradılması, eləcə də digər təşkilati məsələlər geniş müzakirə edilib.












