Festival zəngin proqramla yadda qaldı
08 sentyabr 2026 | 16:58
Göygöl rayonunun Keşkü kəndində keçirilən III Moruq Festivalı rəngarəng proqramla yadda qalaraq uğurla başa çatıb.
“III Moruq Fest” yerli fermerlərə və sənətkarlara öz məhsullarını və əl işlərini nümayiş etdirmək, eyni zamanda bölgənin kənd təsərrüfatı və aqroturizm potensialını geniş ictimaiyyətə tanıtmaq imkanı yaradıb.
Tədbir çərçivəsində zəngin mədəni proqram təqdim olunub, müxtəlif sərgilər təşkil olunub. Qonaqlara Göygölün kənd təsərrüfatı və turizm imkanları barədə ətraflı məlumat verilib.
Belə tədbirlər yerli istehsalın, sahibkarlığın və aqroturizmin inkişafına, bölgənin turizm potensialının təbliğinə mühüm töhfə verir.












