Festival ərazisinə baxış keçirilib
27 avqust 2026 | 16:28
05–06 sentyabr 2026-cı il tarixlərində Göygöl rayonunun Keşkü kəndində keçiriləcək III Moruq Festivalının keçiriləcəyi əraziyə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov aidiyyəti məsul şəxslərlə birlikdə baxış keçirib.
Festival ərazisinin abadlaşdırılması, zəruri infrastrukturun və müvafiq zonaların təşkili, ərazidə təmizlik və səliqənin təmin edilməsi, təhlükəsizlik, işıqlandırma və digər təşkilati məsələlərlə bağlı tapşırıqlar verilib.












