Şriftin ölçüsü :

Saytın rəngi :

Fermer və sahibkarlarla görüş

08 iyun 2026 | 12:38
        Cari ilin may ayının 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Möhtərəm Prezident cənab İlham Əliyev aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, məhsuldarlığın artırılması və müasir texnologiyaların tətbiqi ilə bağlı mühüm tapşırıqlar vermişdir.
        Bu istiqamətdə qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarlarla görüş keçirilib. Görüşdə Göygöl RİHB-nin birinci müavini Namiq Cəfərov, Göygöl DAİM-in direktoru Azər Hacıyev və Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin müdiri İsmayıl Əvəzov iştirak edib.
        Görüş zamanı aqrar sahənin inkişaf perspektivləri, dövlət dəstəyi mexanizmləri və məhsuldarlığın artırılması ilə bağlı məsələlər müzakirə olunub, fermerlərin təklif və fikirləri dinlənilib.
Keçidlər