Şriftin ölçüsü :

Saytın rəngi :

Federasiya nümayəndələri ilə görüş

14 fevral 2026 | 12:56

          Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Azərbaycan Güləş Federasiyasının Nümayəndəliklərlə iş şöbəsinin rəhbəri Elfaq Səfərov və Yunan-Roma güləşi üzrə dünya çempionu, Olimpiya mükafatçısı, ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etmiş Güləş Federasiyasının Nümayəndəliklərlə iş şöbəsinin mütəxəssisi Rəsul Çunayevlə görüşüb.

          Görüş zamanı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğının bu sahədə əldə olunan uğurların əsasını təşkil etdiyi vurğulanaraq,  ölkədə idmanın inkişafı, gənclərin sağlam həyat tərzinə cəlb olunması və idmançıların əldə etdiyi nailiyyətlərdən bəhs edilib.

          Gənc idmançıların yetişdirilməsi və güləşin inkişafı istiqamətində görülən işlərdən danışılıb, Göygöldə güləş idman növünün inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

          Qonaqlara xatirə hədiyyəsi təqdim olunaraq birgə foto çəkdirilib.

Keçidlər