Şriftin ölçüsü :

Saytın rəngi :

Ensiklopedik toplunun təqdimatı

25 may 2026 | 12:49
        Vətən müharibəsində və antiterror əməliyyatlarında həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən hazırlanan “44 gün-Tarixi zəfər” adlı ensiklopedik toplunun II, III və IV cildlərinin təqdimat mərasimi Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində baş tutub.
        Tədbirdə Göygöl rayonu üzrə 20 şəhidin 26 ailə üzvü iştirak ediblər.
        Təqdimatda çıxış edənlər Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin gələcək nəsillərə çatdırılmasında bu nəşrlərin mühüm rol oynadığını, eyni zamanda onların şəhid ailələrinə göstərilən mənəvi ehtiram və dəstəyin ifadəsi olduğunu vurğulayıblar.
        Şəhid doğmaları çıxışlarında onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını ifadə edərək, övladlarının qəhrəmanlığının unudulmamasının və bu cür layihələrlə əbədiləşdirilməsinin onlar üçün böyük mənəvi təsəlli olduğunu qeyd ediblər.
        Sonda Şəhid ailə üzvlərinə “44 gün-Tarixi zəfər” ensiklopediyasının yeni cildləri təqdim olunub, xatirə fotosu çəkdirilib.
Keçidlər