Şriftin ölçüsü :

Saytın rəngi :

Əmlak sığortası üzrə maarifləndirmə

01 may 2026 | 17:16
        Göygöl Rayon İcra Hakimiyyəti və “PAŞA Sığorta” ASC-nin birgə təşkilatçılığı ilə rayonda əhalinin əmlak sığortası sahəsində məlumatlılığının artırılması məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilir.
        Layihə çərçivəsində rayonun qəsəbə və kəndlərində, şəhər mərkəzində, orta məktəblərdə, eləcə də Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlarla görüşlər keçirilib. Görüşlər zamanı iştirakçılara əmlak sığortasının əhəmiyyəti, mümkün risklərdən qorunma yolları, sığorta müqavilələrinin əsas şərtləri və fövqəladə hallarda maliyyə təhlükəsizliyinin təmin edilməsi mexanizmləri barədə ətraflı məlumat verilib.
        Eyni zamanda vətəndaşların sualları cavablandırılıb, real həyat nümunələri əsasında sığortanın praktiki üstünlükləri izah olunub. Qeyd olunub ki, bu cür maarifləndirmə tədbirləri əhalinin sığorta mədəniyyətinin formalaşmasına və maliyyə dayanıqlığının gücləndirilməsinə xidmət edir.
        Maarifləndirmə görüşlərinin növbəti mərhələdə də davam etdirilməsi planlaşdırılır.
Keçidlər