Dövlət xidmətlərinin əlçatanlığı təmin olunur
23 oktyabr 2026 | 12:30
Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Səyyar “ASAN xidmət” tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təşkili, müraciətlərin qəbulu və icrası üçün yaradılmış şəraitə baxış keçirib.
Baxış zamanı bildirilib ki, Möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzləri və Səyyar “ASAN xidmət” vasitəsilə dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan, şəffaf və operativ şəkildə göstərilməsi təmin olunur. Ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlmiş siyasətinin nümunəsi olan bu xidmətlər əhali tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə regionlarda yaşayan vətəndaşların dövlət xidmətlərinə çıxış imkanlarının genişlənməsində və rahat istifadəsinə şərait yaradılmasında mühüm rol oynayır.












