Dövlət qulluqçusu ilə səmimi görüş təşkil olunub
Göygöl RİHB-nın Yeni Zod kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi- ev təsərrüfatlarının uçotu işinin aparıcısı Ziyafət Novruzova pensiya yaşına çatması ilə bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
İcra başçısı tərəfindən Ziyafət xanım qəbul edilmişdir. Görüş zamanı onun keçdiyi əmək yolu, fəaliyyəti dövründə sakinlər ilə işin təşkili, dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Z.Novruzova dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilmiş, gələcəkdə də rayonun ictimai həyatında fəal iştirak etməsi vurğulanmışdır.
Ziyafət xanım ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək, bundan sonra doğma Göygöl rayonuna və Azərbaycan dövlətinə xidmət edəcəyini qeyd etmişdir.












