Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçusu ilə görüş

01 may 2026 | 11:58
        Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Göyçəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hacıyev Asif Kamran oğlunu pensiya yaşına çatması ilə bağlı qəbul edib.
        Görüş zamanı onun keçdiyi əmək yolu, fəaliyyəti dövründə sakinlər ilə işin təşkili, dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir.
        Asif Hacıyev dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilmiş, gələcəkdə də rayonun ictimai həyatında fəal iştirak etməsi tövsiyə edilib.
        A.Hacıyev ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək, bundan sonra da doğma Azərbaycan dövlətinə xidmət edəcəyini bildirmişdir.
Keçidlər